|
Tovuzda PPX avtomobili işıq dirəyinə çırpılıb, 2 polis yaralanıb

Gecə saatlarında Tovuz rayonunun Öysüzlü kəndində Polis Patrul Xidməti maşınının iştirakı ilə qəza baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Xəyal Tahir oğlu və Qazqulu kənd sakini, 1991-ci il təvəllüdlü Qəhrəmanov Arzu Xaliq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə avtomobilin sürətlə hərəkətdə olan zaman işıq dirəyinə çırpılması nəticəsində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Cia.az