Prezident İlham Əliyevin ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində maraqlı anlar yaşanıb.
Ölkə başçısının futbolçularla səmimi dialoqu olub.
Xüsusilə, İ.Əliyevin son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla dialoqu gülüşlərə səbəb olub.
Belə ki, İlham Əliyev üzünü futbolçuya tutaraq “Səni izləyirəm, yaxşı driblinqlərin və sürətin var. Amma topu cərimə meydançasının yanında və arxada çox saxlama” deyib. 
Cia.az
