Müğənni Maykl Ceksonun qızı Paris Cekson atası ilə bağlı kövrəldən paylaşım edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu gün əfsanəvi ulduzun doğum günüdür.
Atasının ad günü ilə bağlı Paris arxiv şəkillərindən birini İnstaqram səhifəsində yerləşdirib və yazıb:
“Mənə həqiqi əyləncənin nə olduğunu yaşadan, mənəvi dayan duran, düzgün yaşamaq və xəyal etməyi öyrədən həyatımın sevgisini ad günü münasibəti ilə təbrik edirəm. Sənə qarşı hiss etdiyim sevgi daha təkrarlanmayacaq. Sən həmişə mənimləsən, mən də səninlə. Mən sən, sən mən olmasaq da, amma biz bir insanıq. Ruhumuz heç vaxt dəyişməyəcək. Möcüzələrin üçün təşəkkür...”.
Qeyd edək ki, yaşasaydı, bu gün M.Ceksonun 59 yaşı olacaqdı. 
