|
Kabildə ABŞ səfirliyi yaxınlığında partlayış:

Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyi yaxınlığında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub.

Partlayış səfirliyin yaxınlığında yerləşən bankın girişində törədilib. Səkkiz nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.