|
“Məmur övladları, adam öldürmək istəyirsinizsə, gedək, düşmənləri öldürək…”

Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun oğlu, sabiq millət vəkili Aydın Abbasov da özünün “facebook” hesabında son zamanlar məmur övladlarının törətdiyi qəzalara münasibət bildirərək maraqlı status paylaşıb. Belə ki, məmur balalarına və yaxınlarına sürəti azaltmağı, qanunlara əməl etməyi məsləhət görən Aydın Abbasov onları yolda “avtoş”luq edib öz millətini qırmaqdansa, düşmənlə döyüşməyə səsləyib: “Hörmətli və əzəmətli bəzi yüksək məmur və vəzifə başında olan insanların övladları, nəvələri, kürəkənləri, bacıları, qardaşları və əmi nəvəsi övladları, sürətinizi azaldın! Bəsdir öz əməllərinizlə ətraf mühitə və doğmalarınıza ziyan verdiniz! Belə adam vurmaq, öldürmək istəyirsinizsə bir qrup yaradaq və gedək düşmənlərimizi vuraq. İnsanın başına hər an bir iş gələ bilər, sadəcə olaraq bilin ki, siz əməllərinizlə və məsuliyyətsiz hərəkətlərinizlə özünüzü də məhv edirsiniz!”

Cia.az