|
“YARAT”da yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr olunub

“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı düşərgədə təşkil edilən müvafiq dərslər tanınmış rejissor İlaya Faiq tərəfindən aparılıb.

Proqramda 8-17 yaşlı uşaqlar və yeniyetmələr iştirak ediblər. Müzakirə formatında keçən tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb. Qeyd edək ki, yay düşərgəsinin tədbirləri hər həftə müəyyən bir mövzuya həs olunur

Cia.az