"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" futbolçusu Jeremi Boqa ilə yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb. Daha sonra o, bu mövsüm üçün Çempionşip təmsilçisi "Birminqem"ə icarəyə verilib.
Qeyd edək ki, J.Boqa bu mövsüm İngiltərə Premyer Liqasının birinci turunda "Bernli"yə qarşı matçda (2:3) iştirak edib.
