|
Mark Zukerberq ikinci dəfə ata oldu - foto

"Facebook"un yaradıcısı Mark Zukerberq ikinci dəfə ata olub.

Mark bu barədə sosial şəbəkədə xanımı Pristilla Çan və körpələri olan şəkili paylaşaraq xəbər verib. 
Cütlük qızlarına Avqust adını qoyub. 

Qeyd edək ki, Zukerberq və Çan 2003-ci ildə tanış olub,  9 il sonra ailə qurub. 2015-ci ilin dekabrında onların ilk övladı - Maks adlı qızları dünyaya gəlib.