|
Prezident köməkçisini “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Natiq Əmirovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Ərziman oğlu Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Xatırladaq ki, Natiq Əmirov Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisidir.

Cia.az