|
Prokuror 80 yaşlı professora cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 80 yaşlı Hüseynağa Əsədov və 40 yaşlı Ceyhun Nəcəfovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək C.Nəcəfovun 12 il, H.Əsədovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi avqustun 31-də davam etdiriləcək.

İttihama görə, Hüseynağa Əsədov və Ceyhun Nəcəfov özgənin əmlakını ələ keçirmək məqsədilə İrac Baxşəliyevin etibarından sui-istifadə etməklə onun övladları – Ruzanə Baxşəliyeva və Mansur Baxşəliyevin diplomlarının fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetdən alınmasını və təhsillərinin “Odlar Yurdu” universitetində davam etdirilməsini vəd etməklə onun 16 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur. Onlardan C. Nəcəfov barəsində həbs qətimkan tədbiri seçilsə də, H. Əsədov zamindədir.

H.Əsədov “Odlar Yurdu” universitetinin müəllimi olub.

Cia.az