Qaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, rayonun Çüdüllü kəndi ərazisində minik avtomobili idarəetməni itirərək aşıb və nəticədə 2 nəfər xəsarət alıb.
Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
