|
Tovuzda 67 yaşlı qadını avtomobil vurub

Tovuz rayonunda 67 yaşlı qadını avtomobil vurub. 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. 
Belə ki, Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Cəmilə Tapdıq qızı İsmayılova yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.