Aktrisa Pınar Altuğ ölümlə hədələnib.
Aktrisanın illər əvvəl hicabla bağlı söylədikləri sosial şəbəkədə yenidən güündəmə gətirilib. Pınarın məktəblərdə baş örtüsü ilə bağlı “Biz Atatürkün uşaqlarıyıq. Bu geyimlər məni narahat edir. İnandığı üçün hicab bağlıyırsa, hörmətlə yanaşıram. Amma özünü göstərmək üçün bunu edirsə, o zaman münasibətim pisdir” sözləri istifadəçilərdən biri tərəfindən xatırladılaraq yazılıb:
“Bir daha başını bağlayan qadınlarla bağlı belə açıqlama versən, çəkiliş meydançasına gəlib səni öldürərəm”.
Altuğ bu təhdiddən sonra məhkəməyə müraciət edib. O, həmin izləyiciyə “Şərh bölməsini bağlamıram. Amma mesajınızı vəkilimə ötürdüm. Bundan sonra dərdinizi məhkəməyə deyərsiniz” cavabını verib.
Pınar bu ismarışından sonra həmin izləyicinin hesabını dondurduğunu, lakin vəkilinin bu işlə maraqlandığını deyib
Cia.az
