|
Millimizin üzvü Avroliqada debüt edə bilmədi

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilir. 

Qol.az-ın məlumatına görə, millimizin üzvü Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” öz meydanında BATE ilə qarşılaşıb.

Paşayev əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. 

Matç Ukrayna klubunun 1:2 hesablı yenilgisi ilə tamamlanıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığından “Aleksandriya” Avroliqa ilə vidalaşıb.