İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılcaq. B.Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırladaq ki, daha əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov və "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin keçmiş baş mühasibi Anar Mustafayev və "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov da apellyasiya şikayəti verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyannın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.
Cia.az
