|
Neftçalada göldə batan şəxsin meyiti çıxarılıb

Neftçala rayonunda 1 nəfər suni göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan vətəndaşın meyitini sudan çıxarıblar.

 

Əməliyyat saat 09:17-də başa çatıb.​