|
Tanınmış aparıcı ana oldu - foto

İki il əvvəl Avstraliyada yelkənçi Edhem Dirvana ilə ailə quran aparıcı Tanem Sivar ana olub. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Marmarada özəl xəstəxanada körpəsini dünyaya gətirən aparıcının vəziyyətinin yaxşı olduğu bildirilir. Tanemlə əri yeni doğulan oğulları ilə fotolarını sosial şəbəkədə paylaşıblar. Uşaqlarına Süleyman adını qoyan cütlük paylaşıma yazıb:
 
“Çox şükür, Süleyman Dirvana aramıza qatıldı. Süleyman ataları kimi ətrafına faydalı, yaxşı bir insan, yaxşı bir dənizçi olar, inşallah. Canım oğlum, xoş gəldin”.