Hələ 25 il əvvəldən eşq yaşayan müğənni Dəniz Seki ilə nişanlısı Faruk Salman ayrılıblar.
Bu yaxınlarda “Evlənmək üçün hər şey hazırdır, tarix sürpriz olsun” deyən ifaçı səssiz-səmirsiz münasibətinə son qoyub. Dənizin həbsdən çıxmasını gözləyən Faruk valideynlərinin etirazına baxmayaraq onunla evlənəcəyini desə də, verdiyi sözün üzərində cəmi 2 ay dura bilib.
Farukun ailəsi istəmədiyi üçün Dənizdən ayrıldığı iddia olunur. 2 gün əvvəl ayrılan cütlük bu barədə yaxınlarına məlumat verib.
Cia.az
