|
Qırmızı xalıda şıqlığı ilə göz oxşadı
23-cü Sarayevo Film Festivalında münsif olan aktrisa Melisa Sözen şıqlığı ilə göz oxşayıb. 
Festivalın açılış və bağlanış mərasimlərinə qatılan aktrisa bir-birindən maraqlı libas seçimləri edib. 1 həftədir, festivalda iştirak edən Melisa “23-cü Sarayevo Film festivalında münsif kimi yer almaq mənim üçün mühüm təcrübədir” deyib. 

Qeyd edək ki, 11-18 avqust tarixlərində gerçəkləşən festivalda 26 ölkədən 700 media nümayəndəsi, 1300 qonaq və 100 min ziyarətçi iştirak edib.