|
Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

Qətər hakimiyyəti il yarım əvvəl geri çağırılmış səfirinin yenidən İrana qaytarılması barədə qərar qəbul edib.

Cia.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü axşam əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb. "Qətər dövləti bəyan edir ki, əmirliyin səfiri tezliklə Tehranda öz diplomatik vəzifələrinin icrasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Bəyanatda, həmçinin vurğulanır ki, əmirlik İran İslam Respublikası ilə "bütün sahələrdə" ikitərəfli münasibətləri möhkəmləndirmək niyyətindədir.

Cia.az