İki il əvvəl Avstraliyada yelkənçi Edhem Dirvana ilə ailə quran aparıcı Tanem Sivar ana olmağa hazırlaşır. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, hamiləliyinin 8-ci ayında olan aparıcı sosial şəbəkədə bikinili fotosunu paylaşıb. Dənizdən çıxarkən çəkilmiş şəklini İnstaqram səhifəsində yerləşdirən Tanem bir müddət sonra onu silib. 

Qeyd edək ki, 1980-ci ildə Amerikada anadan olan Tanem oğlunu Marmara sahillərində dünyaya gətirəcəyini bildirmişdi. 

Cia.az