|
"Jilina" Ramillə yolları ayırır

Slovakiyanın "Jilina" klubu millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırır.
Bunu komandanın baş məşqçisi Adrian Gula Sport24.az-a açıqlamasında deyib. 
O bildirib ki, Ramil daha çox oynamaq üçün özünə yeni klub tapmalıdır: “Ramilin əvəzedici heyətdə oynaması cəza ilə əlaqədar deyil. Sadəcə, biz onunla icarə müqaviləsinə xitam vermək istəyirik. Çünki futbolçunun daha çox oynamağa ehtiyacı var. Hazırda məxsus olduğu "Trabzonspor"la danışıqlar aparır. Özünə yeni klub tapmalıdır".

Qeyd edək ki, müqavilə ilə "Trabzonspor"a məxsus olan hücumçu ötən mövsümdən "Jilina"da icarə əsasında çıxış edir

Cia.az