|
"Mərhələni keçəcəyimizə inanırıq" - Miçel

“Kopenhagen”də hansısa futbolçunu fərqləndirməzdim, komanda halında oynayırlar”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.

İspaniyalı yarımmüdafiəçi Danimarka klubunun güclü olduğunu deməklə yanaşı, mərhələ keeçəcəklərinə inandığını bildirib:

“Rəqibimiz olduqca güclüdür və Çempionlar Liqasında yetərincə təcrübələri var. Təbii ki, sabah onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sabah sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”

Cia.az