|
Salma Hayek 9 yaşlı qızı ilə

Meksikalı aktrisa Salma Hayek qızı Valentina Paloma Pino ilə birlikdə kameralara tuş gəlib. 
50 yaşlı aktrisa 9 yaşlı qızı ilə alış-verişdən çıxarkən görüntülənib. Salmanın qızının sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub. Belə ki, istifadəçilərdən bəziləri onu atasına, bəziləri isə anasına oxşadıb. 
Qeyd edək ki, Salma Hayek iş adamı Fransua-Anri Pino ilə ailəlidir.