|
650 milyon dollarlıq cekpotu azərbaycanlı da apara bilər!

TheLotter.com ABŞ-dakı lotereya oyununa on-line qatılmağın və qalib olmağın yolunu izah edir

ABŞ-dakı Powerball lotereyasında cekpotun həcmi 650 milyon dollara çatıb. Tiraj növbəti çərşənbə, avqustun 23-də, Şimali Amerika şərq vaxtı ilə saat 23:00-da baş tutacaq. Maraqlıdır ki, Azərbaycan vətəndaşları da ABŞ vətəndaşları kimi bu tirajda iştirak edə bilərlər. Necə? 

Öncə onu qeyd edək ki, uduşsuz oyunlar hesabına, silsilə yığılmalar nəticəsində lotereyanın 650 milyon dollara çatan baş mükafatı hazırda dünyanın ən böyük cekpotu sayılır.



ABŞ-ın Powerball lotereyasının baş mükafatı – 10 iyun 2017-ci ildən akkumulyasiya olmağa başlayıb. O vaxt Kaliforniyadan olan və adının açıqlanmasını istəməyən bəxtəvər şəxs 447 milyon dollarlıq prizə sahib çıxmışdı. Bu, lotereya tarixində miqyasına görə 10-cu cekpot, bir ələ verilən mükafatın həcminə görə isə 4-cü priz idi.

“Getdikcə daha çox insan mükafat fondu 300 milyon dolları keçən kimi ixtisaslaşdırılmış mağazalara tələsirlər ki, lotereya bileti əldə eləsinlər”. Bunu Ucuz Mallar Mağazaları Milli Assosiasiyasının mətbuat xidmətinin nümayəndəsi Ceff Lenard deyir. Bu o mağazalardır ki, bütün milli lotereya biletlərinin təxminən 2/3-ni realizə edir.

Adətən lotereya cekpotunun məbləğinin böyüməsi ilə lotereyada iştiraka maraq da böyüyür. Bəzi qiymətləndirmələrə görə, əgər çərşənbə günü də priz udulmasa, artıq növbəti həftə o, 1 milyard dollara çata bilər!

2.JPG (60 KB)

9 yanvar 2016-cı il, Xouternedə mağaza, Kaliforniya. Powerball lotereyasının 1,5 milyardlıq rekord cekpotunu udmaq istəyənlər uğur biletinə sahib olmaq üçün öz növbələrini gözləyirlər. 

ABŞ-da lotereya qaydalarına görə, tirajlarda başqa ölkələrin sakinləri, o cümlədən turistlər də iştirak edə bilərlər – bir şərtlə ki, lotereya bileti alınarkən və saxlanılarkən qaydalara əməl olunsun. 

Belə ki, qaydalara görə, başqa ölkə sakinləri, o cümlədən Azərbaycan vətəndaşları lotereya bileti ilə ABŞ ərazisinə daxil ola bilməzlər, eyni qaydada oranı tərk də edə bilməzlər. 

Bununla belə, azərbaycanlıların ABŞ-dakı lotereyada iştirak hüququ var. Yəni onlar bilet əldə edə və uduşu götürə bilərlər - bir şərtlə ki, həmin bilet ABŞ ərazisində qanuni yolla alınmış olsun və bilet onun hüdudlarından kənara çıxarılmasın.

Beləcə, Azərbaycan vətəndaşı ABŞ-a gələ, bilet ala və tirajın nəticələrini gözləyə bilər. Yaxud da sınaqdan çıxmış lotereya servisi olan TheLotter.com vasitəsilə tirajda on-line iştirak edə bilərlər.

TheLotter.com saytı artıq 15 ildən çoxdur ki, lotereya xidmətləri bazarında uğurla çalışır, özünün dünyanın hər yerindən olan müştəriləri üçün ABŞ və Avropanın ən iri lotereyalarının biletlərini rəsmən alır. Öz xidmətlərinə görə sayt hər biletə görə kiçik bir rüsum alır – halbuki, müştərilər rəqəmlərin seçilmiş kombinasiyaları ilə birgə öz biletlərinin surətini hələ tiraj başlayana kimi görmək imkanına malikdirlər.

TheLotter.com uduşlardan rüsum götürmür, ancaq Milli Lotereyadan uduşu alarkən tam hüquqi köməklik göstərir. 

Bu günə TheLotter.com-da ən tanınmış qalib – Bağdaddan olan İraq əsilli kürd M.M.-dir. O, 2015-ci ilin avqustunda saytda bilet əldə eləməklə Oreqon Meqabaksın 6,4 milyonluq cekpotunu udub.

3.JPG (42 KB)

İraqdan olan qalibin tarixçəsi dünya KİV-də, o cümlədən “New York Times”, “Daily Mail”, NBC, CNN və “Associated Presse”də geniş miqyasda işıqlandırılıb. Onların hamısı özəl tədqiqat apararaq, belə bir qənaətə gəliblər ki, lotereya biletlərinin TheLotter.com-da on-line əldə olunması milli lotereyaların bütün tələblərinə cavab verir. 

ABŞ vətəndaşı olmayan lotereyanı uddu, bəs sonra?

TheLotter.com bildirir ki, sayt vasitəsilə prizi udan qalib dərhal uduş məbləğinin 100%-ni alır – istər balaca məbləğ olsun, istərsə də 1-ci və ya 2-ci kateqoriyalı priz. Əgər lotereya prizinin məbləği 50 000 dollara qədərdisə, TheLotter.com məbləği nəticələr elan olunandan sonra, bir neçə saat ərzində müştərinin hesabına köçürür. 

Əgər 50 000-dən böyük uduş olarsa, o cümlədən cekpot udularsa, TheLotter.com öz müştərilərinin lotereyanın keçirildiyi ölkəyə gəlişini təşkil edir və burada qalib müstəqil şəkildə, TheLotter.com-un nümayəndələrinin tam hüquqi və təşkilati dəstəyi ilə öz uduşuna sahib olur.

 Cia.az