|
Baş nazirin müavini: Türkiyədə növbədənkənar parlament seçkiləri gözlənilmir

Türkiyədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək "Twitter" hesabında yazıb.

O qeyd edib ki, hazırda bütün diqqət hakim Ədalət və İnkişaf Partiyasında planlaşdırılan islahatlara cəmlənməlidir.

Qeyd edək ki, ötən gün bir sıra KİV-lər Türkiyədə ilin sonunda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə məlumat vermişdi.

Xatırladaq ki, Türkiyədə parlament, bələdiyyə və prezident seçkiləri 2019-cu ildə keçiriləcək.

Cia.az