|
Əfqanıstan paytaxtında partlayış -

Əfqanıstanın paytaxtı Kabil şəhərində siqnalizasiyanın işə düşməsinə səbəb olan partlayış törədilib.

Bu barədə "Reuters" şahidlərə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisənin baş verdiyi ərazidə bir neçə ölkənin səfirliyi yerləşir. Partlayışdan əvvəl ABŞ-ın bu ölkədəki səfirliyinin raket atəşi xəbərdarlığı üçün istifadə etdiyi siqnalizasiya işə düşüb.

Agentliyin məlumatına görə, partlayış ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların Əfqanıstandakı qoşunları barədə planlarını açıqlamaqla bağlı çıxışından bir neçə saat əvvəl törədilib.

Cia.az