|
Türkiyədə baş vermiş qəzada 7 azərbaycanlı xəsarət alıb

Türkiyənin Muğla vilayətinin Yatağan rayonunda baş vermiş yol qəzasında 7 Azərbaycan vətəndaşı xəsarət alıb.

Virtualaz.org “CNN Türk”ə istinadən xəbər verir ki, avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və maşın reklam dirəyinə çırpılıb. Qeyd olunur ki. avtomobildə yeddi azərbaycanlı turist olub, bunlardan ikisi uşaqdır.

Məlum olub ki. avtomobili Leyla Şahverdiyeva adlı qadın idarə edib. Xəsarət alanların siyahısı:

Zərifə Şahverdiyeva

Leyla Şahverdiyeva

Roza Muradlı

Mahirə Məmmədova

Məlahət Nuriyeva

Fidan Nuriyeva

Lamran Nuriyev

Cia.az