Belarusun çörək və un məmulatları istehsalçısı olan "Qrodnoxlebprom" ASC Azərbaycana 15 adda çörək-bulka məmulatı göndərib.
CİA.AZ “teleskop-by.org” nəşrinə istinadən xəbər verir ki, müəssisə hər ay Rusiyaya təxminən 3 ton çörək tədarük edir. Tələbat olduğundan yaxın vaxtlarda ixracın həcminin artırılması planlaşdırılır.
Eyni zamanda, "Qrodnoxlebprom"un çörək-bulka məmulatları Nyu-York, Los-Anceeles də daxil olmaqla, dünyanın başqa bazarlarına da ixrac edilir.
Cia.az
