|
Musiqili Teatrın direktoru Finlandiyada Azərbaycan teatrı haqqında məruzə edəcək

Azərbaycan Dövlət Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev Finlandiyada keçiriləcək konfransda Azərbaycan teatrı haqqında məruzə edəcək.

Bu barədə AZƏRTAC-a Əliqismət Lalayev məlumat verib. Elmi konfrans oktyabrın 2-dən 9-dək Finlandiyanın İmatra şəhərində reallaşacaq. “Dünya teatrı dünən, bu gün və sabah” adlanan konfransda müxtəlif ölkələrdən teatr mütəxəssisləri iştirak edəcəklər.