|
Türkiyədə mikroavtobus dərəyə aşıb:

Türkiyənin Kahramanmaraş əyalətində, Ekinözü rayonunda mikroavtobus dərəyə aşıb. 

Trend-in məlumatına görə, mikroavtobusun dərəyə aşması nəticəsində 1 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Cia.az