|
Tovuzda camış bir qadını vuraraq öldürüb, digərini yaralayıb

Tovuz rayonunda camış bir qadını vuraraq öldürüb, digərini yaralayıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıtala kəndində qeydə alınıb.

 

Yaralı, 1968-ci il təvəllüdlü Məryəm Müslüm qızı Paşayeva ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənin kimliyi dəqiqləşdirilir. 

 

Faktla bağlı araşdırma aparılır. 

Cia.az