|
Əli Kərimlini kimlər və nəyin qarşılığında maliyyələşdirib...

Bir neçə gün öncə Avropa.info saytında AXCP sədri Əli Kərimlinin xaricdə təhsil alan övladlarına xərclədiyi pullarla bağlı sensasiyalı yazı dərc edilmişdi. Hazırda həmin yazının ətrafında kifayət qədər ciddi qalmaqal yaranmağa başlayıb. Qeyd edək ki, Avropa.info saytının rəhbəri Ruslan Bəşirli vaxtilə AXCP sədri Əli Kərimlinin yaxın tərəfdarlarından olub.

Musavat.com məqalənin oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq, olduğu kimi diqqətinizə təqdim edir:

"AXCP üzvü Paşa Umudovun saytımızın elektron poçtuna göndərdiyi məktubda Əli Kərimlinin ailə üzvlərinin yaşadığı komfort şəraitin kontekstində cəbhəçilərin istismar edilməsinə üsyan edirdi.

Məktubda diqqət çəkən məqam isə Əli Kərimlinin təkcə övladlarını Londonda oxutmaq üçün təqribən 1 milyon manata yaxın pul xərcləməsi idi.

 

Image result for Əli Kərimli

“Adi məktəblinin hesablaya biləcəyi və faktlara əsaslanan rəqəmlərə baxın. AXCP sədrinin hər iki övladı 11 il Bakı Oksford məktəbində  (1 illik təhsil haqqı 11 min manatdır) oxuyublar. Beləliklə, hər iki uşağa 242 min manat vəsait xərclənib. Hər iki uşaq dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik Böyük Britaniyada oxuyub və yaşayıblar. Londonda ortabab ali təhsilin bir ili 15 min funt sterlinqdən (hazırki kursla 33 min manat) aşağı deyil. Hər iki uşağın 5 illik təhsil xərci ən aşağısı150 min funt sterlinq (hazırki kursla 332 min manat) edir. London şəhərində ən ucuz mənzil kirayəsi 700 funt sterlinq (1 500 manat), 1 nəfər üçün minimum aylıq yaşayış xərci isə 650 (1400 manat) funt sterlinqdir. 

Image result for Türkel Kərimli

Beləliklə, 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt (172 min manat) edir. Hələ bura Bakı-London aviareyslərinə ayrılan vəsait, tətil, restoran, əyləncə və digər xərclər barədə rəqəmlər yazılmayıb. Adi hesablamalar göstərir ki, Əli bəyin son 15 ildə görünən xərcləri 242 min manat + 270 min funt sterlinqdən (hazırki kursla 600 min manat) çoxdur ki, az deyil. Gözə görsənməyən xərcləri də nəzərə alsaq, həmin rəqəmləri (242 min manat + 270 min funt sterlinq) 2 bəlkə də 3 əmsalına vurmağımız  tamamilə ədalətli olardı.

Qarşımızda məmur-oliqarxların həyatına bənzər və onlardan geri qalmayan bir mənzərə canlanır”, – deyə AXCP üzvü məktubunda qeyd edirdi. 

Üstəlik Əli Kərimlinin ailə üzvləri də mütəmadi olaraq Londona gedir və uzun müddət dünyanın ən bahalı şəhərlərindən olan İngiltərənin paytaxtında yaşayırlar. Hətta Əli Kərimlinin kiçik oğlu da Londonda dünyaya gəlib. Bununla da  Azərbaycanın prezidenti olacağını (!) iddia edən Kərimli İngiltərədə dünyaya gələn övladına avtomatik  həmin ölkənin vətəndaşlığını qazandırıb. Partiyasına sadəcə pul qazandığı bir şirkət müamiləsi edən Kərimlinin gələcəyini kifayət qədər bahalı bir şəhər olan Londona bağladığı açıq şəkildə görünür.

Burada sual ortaya çıxır. Hansı pullarla? 12 ildir heç bir yerdə işləməyən, rəsmi olaraq heç bir gəliri olmayan orta statistik azərbaycanlı öz-özünə fikirləşir, mən bunları edə bilərəmmi? Sual ritorikdir. Mümkün deyil, hətta aylıq 2000-3000 manat maaş alsan belə, iki övladını dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik Böyük Britaniyada oxutmağa yetməz.

Məsələ çox sadədir. AXCP sədri uzun illər hakimiyyətlə əməkdaşlıq edib, iki dəfə (1995-2005-ci ilə qədər – Avropa.info) parlamentə mandat alıb. Lakin 2000-ci illərin əvvəllərində məhz hədsiz pul hərisliyi üzündən üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə hakimiyyət tərəfindən kənara atılıb. Lakin bütün bunlar da Kərimlinin komfort həyatında ciddi təsir izi buraxmayıb. 

Artıq bu etapda hakimiyyət daxilindəki müəyyən qruplar Kərimlidən öz şantaj maşınları kimi istifadə etməyə başladılar. Özünü ən radikal müxalifət lideri kimi cəmiyyətə sırımağa çalışan bu şəxs indi müəyyən qrupların sözçülüyünü etməyə başladı. Təbii ki, bütün bunlar ciddi maliyyə vəsaitləri hesabına başa gəlirdi.

Əli Kərimlinin sifarişlərini yerinə yetirdiyi dövlət strukturları arasında ilk yeri artıq cinayət əməllərinə görə ləğv olunmuş keçmiş MTN dururdu. Bu əlaqələr ləğv olunmuş MTN-in əli qanlı keçmiş rəhbəri Eldar Mahmudovun bu posta gəlməsi ilə başlandı. Doğrudur, Əli Kərimlinin ətrafında bu şəbəkəyə bağlı xeyli sayda adamlar vardı. Bunların içində müavinlər, müşavirlər və digər funksionerlər olsa da, Mahmudov bandası Kərimli ilə əlaqələri bu bandanın üzvləri olan “tanınmış” vəkillər vasitəsi ilə qururdular. Kərimliyə verilən sifarişlər arasında əsasən prezidentə sadiq məmurların üzərinə getmək, onlara qarşı “qara piar” aparmaq vardı. Bununla yanaşı, nə qədər qəribə görsənsə də, verilən sifarişlər arasında MTN-in həbs etdiyi bəzi siyasi məhbuslarla da bağlı sifarişlər olub. 

Image result for Eldar Mahmudov

Lakin qaraguruhun “sönməz günəş”inin alış-verişi bununla da bitmir. Kərimliyə ən böyük maddi dəstək isə Prezident Administrasiyasındakı (PA) bəzi məmurlar tərəfindən verilir. Kərimlinin Prezident Administrasiyası tərəfindən gələn sifarişləri məmnuniyyətlə yerinə yetirməsi və bunun müqabilində yüksək “qonorar” alması barədə məlumatlar mövcuddur.

Avropa.infoya daxil olan təkzibolunmaz məlumatlara görə qaraguruhun “yeganə lider” bu gün də Prezident Administrasiyasında əyləşən bəzi şəxslər tərəfindən maliyyələşdirilir və instruktaj edilir. Söhbət heç də dövlət və dövlətçilik prizmasından getmir. Axı Kərimli belə işlərdə olduqca yarıtmazdır. Dövlət və dövlətçilik anlayışları qaraguruhun “sönməz günəş”i uçun yad anlayışlardır.

Image result for Prezident Aparatı

Söhbət Kərimlidən “su bulandırmaq”, şantaj vasitəsi, hakimiyyət daxilindəki rəqiblərə hücum məqsədli istifadədən gedir. Bu barədə saytımıza kifayət qədər faktlar daxil olub və Əli Kərimlinin PA-nin bəzi işçilərinin agenti olduğunu sübut etməyə vaxtımız çox getməyəcək.

Təbii ki, bütün bunları həyata keçirmək üçün Kərimli “radikal” görünüş almalı, qaraguruhun qəlbini fəth etməlidir. PA-dakı bəzi məmurlar da ondan öz məqsədləri üçün yararlanmalı, Kərimli isə ən böyük arzusuna çatmalıdır, yəni çoxlu pul qazanmalıdır. Axı bütün bunlar olmadan dəbdəbəli evlər, villalar, avtomobillər, ən bahalı təhsil, Londonun bahalı restoranlarında kef məclisləri mümkün deyil. Fəqət bir şey unudulur. Bəs onun arxasınca kor-koranə düşən zavallılar? Axı bu insanlar səfalət içində yaşayırlar. Bütün bunların cavabını kim verəcək?"

 cia.az