|
"Çelsi" Kostanı cəzalandırır

"Çelsi" hücumçusu Dieqo Kostanı cəzalandırmağa hazırlaşır.

Qol.az-ın "Daily Express"ə istinadən yaydığı xəbərə görə, ispan hücumçu komandanın bazasına qayıtmaq istəmədiyi üçün klub rəhbərliyi bu qərarı verib. Əgər Kosta qərarını dəyişməsə, London təmsilçisi onu 3.2 milyon avro məbləğində cərimələyəcək.

Qeyd edək ki, D.Kosta "Atletiko"ya qayıtmağı düşünür.