|
Ronaldo:

Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu Barselonada baş verən terror aktı nəticəsində zərər çəkənlərə və faciə qurbanlarının ailələrinə başsağlığı verib.

Cia.az xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb.

"Barselona xəbərlərindən sarsılmışam. Faciə qurbanlarının ailələrinə və dostlarına başsağlığı verirəm", - deyə futbolçu "Twitter"də yazıb.

Barselonada baş vermiş terror aktında 13 nəfər həlak olub, 119 nəfər xəsarət alıb.

 CIa.az