|
Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir

Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani avqustun 18-də Azərbaycanda rəsmi səfərdə olacaq.

 

Bu barədə cia.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində F.Uanakuni Mamani Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

 

Nazirlər Azərbaycan və Boliviya hökumətləri arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.

Cia.az