"Neftçi"nin sabiq futbolçusu Ernest Nforun yeni klubu müəyyənləşib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu Maltanın "Birkirkara" klubuna transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E. Nfor "Neftçi"də 2013 - 2015-ci illərdə oynayıb.
