|
Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat zamanı ABŞ hərbçisi həlak olub

Əfqanıstanın şərqində İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı ABŞ hərbçisi həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, NATO-nun verdiyi məlumatda bildirilir ki: "Bir ABŞ hərbçisi Əfqanıstanın şərqində aldığı yaralardan həlak olub".

Məlumata əsasən, bundan əlavə bir neçə ABŞ və Əfqanıstan hərbçisi yaralanıb. Onlar hospitala təxliyə edilib.