|
Türkiyə Prezidenti və İranın Baş Qərargah rəisi Suriya böhranını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə regional əməkdaşlıq, terrorizmlə mübarizə və Suriya böhranının həlli yolları müzakirə olunub.

Qeyd edək ki, ötən gün M.H.Baqeri türkiyəli həmkarı Hulusi Akarın dəvəti ilə Ankaraya gəlib.

cia.az