|
Xocalı soyqırımında iştirak edən erməni Suriyada öldürüldü

Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqqlarına təcavüzdə iştirak edən Nubar Ozanyan Suriyada öldürülüb.

Suriyanın kürdlərin nəzarəti altında olan Rojava bölgəsində İŞİD-lə döyüşlərə qatılan Ozanyan ötən gün öldürülüb.

Kürd peşmərgələri onun fotosunu dərc ediblər.

Xatırladaq ki, Nubar Ozanyan 1991-1992-ci illərdə Qarabağ döyüşlərinin aktiv iştirakçısı olub. O həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olunan zaman döyüşlərin iştirakçısı olub.

Cia.az