|
PKK-çılarla atışma:

Türkiyənin Şırnak vilayətinin Güneyçam kəndində aparılan antiterror əməliyyatı zamanı hərbçilərlə PKK-çılar arasında atışma olub.

Trend-in məlumatına görə, təqribən 10 dəqiqə davam edən atışma nəticəsində bir türk hərbçi ölüb.

Qaçan terrorçuların zərərsizləşdirilməsi üçün artilleriya zərbələri endirilib.

Bölgədə əməliyyat davam edir.

Cia.az