|
Gədəbəydə 14 yaşlı oğlan qətlə yetirildi

Avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyindən cia.az-a verilən məlumata görə, T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.

 

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.

Cia/az