|
Neftin qiyməti 51 dollardan aşağı düşdü

Yeni həftənin ilk alqı-satqı günündə dünya birjalarında neftin qiyməti 2 faizdən çox aşağı düşüb.

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 21:25-ə olan məlumata görə, “Brent” markalı neftin oktyabr fyuçersinin 1 barrelinin qiyməti 50,97 dollara satılıb.

Bu göstərici bazar ertəsi səhər qeydə alınmış qiymətdən 1,13 dollar, yaxud 2,17% aşağıdır.