“Milan”ın hücumçusu Karlos Bakka karyerasını yenidən İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, kolumbiyalı forvard “Vilyareal”la anlaşmaq üzrədir. Belə ki, İspaniya klubu Bakkanı gələcəkdə birdəfəlik transfer hüququna yiyələnmək şərti ilə icarəyə götürür.
Qeyd edək ki, 30 yaşlı forvard 2 il əvvəl “Milan”a “Sevilya”dan transfer olunub. Geridə qalan müddətdə Bakka “A” seriyasında 70 oyuna çıxıb və 31 qol vurub
Cia.az
