|
Neymarın debütunu 1 milyondan çox tamaşaçı izlədi

Neymar PSJ-nin heyətində Fransa çempionatının ikinci turunda “Genqam”a qarşı keçirilən oyunda debüt edib. 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 25 yaşlı forvardın debütunu televiziya vasitəsi ilə 1,25 milyon insan izləyib. 

“Canal+”un təqdim etdiyi matç apreldən sonra Liqa 1-in ən çox izlənən qarşılaşması olub. 

Qeyd edək ki, Neymar debüt matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb