|
Neslihan və Kadirdən daha bir romantik paylaşım

Tez-tez romantik görüntüləri ilə izləyicilərin böyük marağına səbəb olan aktrisa Neslihan Atagül və Kadir Doğulu yeni foto paylaşıb.
Bu dəfəki şəkildə Neslihanın Kadirin saçını hörməsi və yanağından öpməsi əks olunub.
Doğulu öz səhifəsində yerləşdirdiyi fotonun altına “Hörgüdə bir nömrəli Neslihan Doğulu, o elədi” qeydini yazıb. 

Bu şəkil hər iki məşhurun səhifəsində minlərlə insan tərəfindən bəyənilib.