23:37
Super Liqa 2017/18 sezonunda Türkiyənin "Qalatasaray" futbol klubu ilk oyununda "Kayserispor"la qarşılaşıb.
Musavat.com-un məlumatına görə, "Türk Telekom" stadionunda baş tutan müabriznin hakimi Halis Özkahya olub.
16-cı dəqiqədə "Qalatasaray" Tolqa Cigercinin qolu ilə önə çıxıb. 30-cu dəqiqədə "Kayserispor" Levent Gülenin qolu ilə hesabı bərabərləşdirə bilib. 35-ci dəqiqədə Younes Belhanda "Qalatasaray"ı yenidən önə çıxarıb: 2-1.
37-ci dəqiqədə Bafetimbi Gomis hesab arasındakı fərqi artıra bilib: 3-1. İlk yarıda başqa qol vurulmayıb və komandalar fasiləyə bu hesabla yollanıb.
İkinci hissənin 87-ci dəqiqəsində sarı-qırmızılılar Bafetimbi Gomisin qolu ilə hesab arasındakı fərqi 4-1-ə çatdırıb. Oyun 4-1 hesabı ilə "Qalatasaray"ın xeyirinə başa çatıb.
