|
Balaxanı-Binəqədi yolunun bir hissəsi hərəkət üçün bağlandı

Binəqədi rayonu Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən virtualaz.org-a verilən məlumata görə, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sözügedən ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır.

“Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19-na kimi qüvvədə olacaq. “Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir”, - məlumatda bildirilir.

Cia.az