|
ABŞ bu ölkəni tərk etsin

ABŞ qoşunları Əfqanıstan ərazisindən çıxarılmalı və Vaşinqtonun uğursuzluqla nəticələnmiş bu əməliyyatı bitirilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

“ABŞ ordusu Əfqanıstanda heç nə edə bilmədiyinə görə bu ölkəni tərk etsin. ABŞ-ın Əfqanıstan əməliyyatları uğursuzluqla nəticələndi”, - Kabulov deyib.

Kabulov həmçinin Əfqanıstanda yerləşən nizami ordu birləşmələrinin əvəzinə muzdlu döyüşçülərin göndərilməsi fikrinə də münasibət bildirib. Rus siyasətçi bu halın yolverilməz hesab olunduğunu, muzdluların elə ilk döyüşdəcə meydanı boş qoyub qaçacağını söyləyib.

Cia.az