|
ABŞ İraqda iki hərbçisini itirib

ABŞ İraqda iki hərbçisini itirib. Cia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Şimali İraqdakı hərbi əməliyyatlar zamanı baş verib. Əməliyyat zamanı daha 5 hərbçi yaralanıb. ABŞ ordusu ölən əsgərlərin kimliyi ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, İraqda İŞİD-ə qarşı mübarizə aparan ABŞ qüvvələrinin komandiri həlak olan əsgərlərin yaxınlarına başsağlığı verib.

Cia.az